"Tax Free" sisteminə qoşulmaq istəyən vergi ödəyicisinə olan tələblər

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir (qeydiyyatda olmadığı halda);

«Tax free» məqsədi ilə satıcı kimi qeydiyyatdan keçməlidir;

pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır;

təsərrüfat subyektində (obyektində) Nəzarət kassa aparatı olmalıdır;

işlək vəziyyətdə Pos-terminal olmalıdır;

dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır (borcun ödənilməsinə möhlət verilmiş və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla);

möhürü daim təsərrüfat subyektində (obyektində) olmalıdır;

təsərrüfat subyektində (obyektində) işlərin yerinə yetirilməsinə cəlb edilən işçisini gücləndirilmiş elektron imza ilə təmin etməlidir.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016