"Tax Free" stikeri olan mağazalarda malların satışının rəsmiləşdirilməsi

 Alıcı ödəniş nöqtəsinə yaxınlaşdıqda, satıcı alıcıya aldığı mallara görə ödədiyi ƏDV-nin geri qaytarmaq hüququ olduğunu bildirilir, istəyi olduqda satıcı ona bu barədə ümumi məlumat verir.

 Alıcı razılıq verdikdə onun pasportundan istifadə edilməklə satıcı aşağıdakı məlumatları özündə əks etdirən e-VHF Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında «Tax free» bölməsində tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür:

  e-VHF-nin seriyası, nömrəsi və tarixi;

  satıcının adı, soyadı, təsərrüfat subyektinin ünvanı və VÖEN-i;

  alıcının adı və soyadı;

  alıcının pasportunun seriyası və nömrəsi;

  alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin adı);

  satılmış malın adı, miqdarı, vahidinin qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği;

  həmin e-VHF üzrə alınmış mala görə ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix (ingilis və rus dillərində);

  alıcının bank kartının (və ya hesabının) rekvizitləri – alıcının istəyi əsasında;

  operatorun və müvəkkil bankın əlaqə məlumatları və rekvizitləri.

 E-VHF ştrix-kod əks olunmaqla 2 nüsxədə çap edilir və hər 2 nüsxə alıcıya təqdim edilir.

 alıcıya təqdim edilən E-VHF satıcının imzası və onun mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərti ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd (“Tax Free”) olan möhürlə təsdiqlənməklə təqdim edilir.

 alıcıya təqdim edilən E-VHF-da digər məlumatlarla yanaşı ödənilmiş ƏDV-nin məbləği* və ƏDV-nin qaytarılacağı son tarix göstərilir.

 satış nöqtəsində texniki nasazlıq səbəbindən e-VHF-nin tərtibi və çap edilməsi mümkün olmadıqda, satıcı tərəfindən mətbəədə çap edilmiş ciddi hesabat blankı olan e-VHF 3 nüsxədə tərtib edilir və yuxarıda qeyd edilən qaydada imza və möhürlə təsdiqlənir. Onun 1 nüsxəsi satıcıda qalmaqla digər 2 nüsxəsi isə alıcıya verilir.

 e-VHF-da alınmış mala görə ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix (ingilis və rus dillərində) göstərilr;

 satıcı tərəfindən texniki nasazlıq bərpa olunduqdan dərhal sonra aparılmış əməliyyatlar üzrə e-VHF tərtib edilir və həmin məlumatlar real vaxt rejimində vahid məlumat bazasına ötürülür.

Qeyd: * Köçürülmə metodundan asılı olmayaraq alıcının aldığı mallara görə ödədiyi ƏDV məbləğindən 20 faiz həcmində Operator tərəfindən göstərilmiş xidmətin haqqı və bank tərəfindən göstərilmiş xidmət haqları çıxıldıqdan sonra qalan məbləğ alıcıya qaytarılır.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016